01:54 22.02.2019 2112

"Qalatasaray"la "Fənərbaxça"nın Avropa macərası başa çatdı - NƏTİCƏLƏR

Avropa Liqasında 1/16 finalın növbəti cavab qarşılaşmaları keçirilib.

Fanat.Az xəbər verir ki, baş tutan 15 oyundan sonra 1/8 finalın bütün iştirakçıları müəyyənləşib.

"Fənərbaxça” İstanbulda 1:0 hesabı ilə qalib gəldiyi "Zenit"in qonağı olub. Rusiya klubu 3:1 hesablı qələbə qazanaraq 1/8 finala çıxıb.

Azərbaycanlı futbolsevərlərin maraqla gözlədiyi daha bir oyunda "Qalatasaray” "Benfika”ya qonaq olub. Evdə məğlub olan (1:2) "Cim-Bom” səfərdə qolsuz bərabərliyə razılaşıb və mübarizəni dayandırıb.

İlk oyunda səfərdə BATE-yə minimal hesabla uduzan "Arsenal” Londonda rəqibini darmadağın edərək adını növbəti mərhələyə yazdırıb - 3:0. Ukraynadakı qarşılaşmada qollu bərabərliyə razılaşan "Ayntraxt”la "Şaxtyor”un cavab qarşılaşmasında almanlar 4:1 hesablı qələbə qazanıb. 

İlk oyunda 1:0 hesablı qələbə qazanan "İnter" "Rapid"i 4:0 hesabı ilə yenib. Səfərdə 2:1 hesablı qələbəyə sevinən "Çelsi" doğma meydanda "Malmö"nü darmadağın edib. 

Rusiyanın "Krasnodar" klubu "Bayer"i mabarizədən kənarlaşdırıb. Komandalar arasındakı hər iki oyun "sülh"lə bitib (0:0, 1:1). Ruslar səfər qolu sayəsində mərhələ adlayıb.

Bundan başqa Zaqreb "Dinamo"su, "Napoli", "Zalsburq", "Valensiya", "Vilyarreal", "Renn", Kiyev "Dinamo"su və "Slaviya" mərhələ adlayıb.

Qeyd edək ki, bu mərhələnin bir oyununda "Sevilya" "Latsio"nu mübarizədən kənarlaşdırıb (1:0, 2:0).
 
Avropa Liqası
1/16 final
Cavab oyunları

21 fevral
Arsenal (İngiltərə) - BATE (Belarus) 3:0
Qollar: Zaxar Volkov, 4 (avtoqol). Şkodran Mustafi, 39. Sokratis Papastatopolos, 60.
İlk oyun - 0:1

Dinamo (Zaqreb, Xorvatiya) - Viktoriya (Çexiya) 3:0
Qollar: Mislav Orsic, 15. Emir Dilaver, 34. Bruno Petkoviç, 73.
Qırmızı vərəqə: David Limberski, 87 (Viktoriya).
İlk oyun - 1:2

Ayntraxt (Almaniya) - Şaxtyor (Ukrayna) 4:1
Qollar: Luka Yoviç, 23. Sebastien Haller, 26-pen; 80. Ante Rebik, 88 - Junior Moraes, 64.
İlk oyun - 2:2

Napoli (İtaliya) - Sürix (İsveçrə) 2:0
Qollar: Simone Verdi, 43. Adam Ounas, 75.
İlk oyun - 3:1

Zalsburq (Avstriya) - Brügge (Belçika) 4:0
Qollar: Xaver Şklager, 17. Patson Daka, 29; 43. Munas Dabbur, 90+4.
İlk oyun - 1:2

Valensiya (İspaniya) - Seltik (Şotlandiya) 1:0
Qol: Kevin Qameyro, 70.
Qırmızı vərəqə: Ceremi Tolhan, 37 (Seltik)
İlk oyun - 2:0

Vilyareal (İspaniya) - Sportinq (Portuqaliya) 1:1
Qollar: Pablo Fornals, 80 - Bruno Fernandes, 45+1.
Qırmızı vərəqə: Cefferson, 50.
İlk oyun - 1:0

Zenit (Rusiya) - Fənərbaxça (Türkiyə) 3:1
Qollar: Maqomed Ozdoev, 4. Sərdar Azmun, 37; 76 - Mehmet Topal, 43.
İlk oyun - 0:1

Benfika (Portuqaliya) - Qalatasaray (Türkiyə) 0:0
İlk oyun - 2:1

Betis (İspaniya) - Renn (Fransa) 1:3
Qollar: Covani Lo Çelso, 41 - Rami Bensebaini, 22. Adrien Huno, 30. M'Baye Nianq, 90+4.
İlk oyun - 3:3

Çelsi (İngiltərə) - Malmö (İsveç) 3:0
Qollar: Oliver Jiru, 55. Ross Barkli, 74. Kallum Hudson-Odoi, 84.
Qırmızı vərəqə: Rasmus Benqtsson, 73 (Malmö).
İlk oyun - 2:1

Dinamo (Kiyev, Ukrayna) - Olimpiakos (Yunanıstan) 1:0
Qol: Fran Sol, 32.
İlk oyun - 2:2

Genk (Belçika) - Slaviya (Çexiya) 1:4
Qollar: Leandro Trossard, 10 - Vladimir Kufal, 23. İbrahim Traore, 54. Milan Şkoda, 65; 69.
İlk oyun - 0:0

İnter (İtaliya) - Rapid (Avstriya) 4:0
Qollar: Matias Vesino, 11. Andrea Ranoççia, 18. İvan Perişiç, 80. Matteo Politano, 87.
İlk oyun - 1:0

Bayer (Almaniya) - Krasnodar (Rusiya) 1:1
Qollar: Aranquis, 87 - Maqomed-Şapi Süleymanov, 84.
İlk oyun - 0:0

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

08 İyul 2025
13:37

"Səbail"dən ayrıldı, "Karvan"a qoşuldu - RƏSMİ

13:19

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlılarına qarşı daha bir oyun keçirəcək

13:01

''Fənərbağça''nın yeni transfer hədəfi - SON DURUM

12:43

2-ci Liqanın bombardiri bu kluba keçir

12:24

Azərbaycan millisi İslandiyaya qarşı

12:06

"Napoli" "Qalatasaray"ın Osimhen üçün göndərdiyi bu təklifə də razı olmadı - MƏBLƏĞ

11:47

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:28

UEFA Konfrans Liqasında mübarizə başlayır, komandalarımız gözləyir

11:09

"Qarabağ" Avstriyadakı ilk oyunda belə uduzdu - VİDEO

10:51

Avropa çempionu klubunu dəyişdi

10:32

Çempionlar Liqası bu gün 10 oyunla start götürür

10:13

“Azərlotereya”nın komandası çempion oldu

09:54

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:35

"Qəbələ"nin akademiya ismarıcı: AFFA-nın cavabı və cavabsız qalan suallar

09:18

Klublararası dünya çempionatında ilk finalçı müəyyənləşir

09:00

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

00:14

ACF daha 24 klub və idman təşkilatına 5 illik lisenziya təqdim etdi

07 İyul 2025
23:18

"Neftçi"nin sabiq prezidenri ÇL-ə təyinat aldı

22:46

"Qarabağ"ın yeniyetmələri "Marcet"li həmyaşıdlarını "kötəklədilər"

22:15

"Sabah" üçün asan olmayacaq" - Arif Əsədov

21:59

"Qarabağ" Avstriyada 4 qol vurub uduzdu

21:16

AFFA prezidenti pakistanlı həmkarı ilə görüşdü

20:39

"Sabah" Avropa Liqası üçün 25 oyunçu sifariş etdi - SİYAHI

20:03

"Zirə"də yeni müqavilə - RƏSMİ

19:50

Premyer Liqa klubu hücumçusu ilə vidalaşdı

19:38

Rakitiç "Zirə"nin rəqibini tərk etməyəcək - RƏSMİ

19:11

"Şamaxı"dan ayrılan Məsimov və daha 3 futbolçu bu kluba keçir

18:57

MPL: 2025/2026 mövsümün püşkatma mərasiminin vaxtı bilindi

18:16

"Araz-Naxçıvan"ın Türkiyə toplanışındakı rəqibləri açıqlandı

17:47

"Karvan" qapıçısı ilə bağlı yekun qərarını verdi

17:28

Araz Abdullayev Premyer Liqa klubuna keçdi

17:10

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlıları ilə üz-üzə gələcək

16:53

"Baş verən hadisə mənə çox pis təsir edib" - Canluici Donnarumma

16:34

"Milan" Ernandesi ərəblərə satır - Transfer yekunlaşmaq üzrədir

16:17

"İmişli" növbəti transferini reallaşdırdı

15:59

Rakitiç "Zirə"yə qarşı oynamayacaq - Özü açıqladı

15:41

Saşa İliç "Sumqayıt"ı bu gün məşqə çıxaracaq, sabah isə... - AÇIQLAMA

15:23

"Turan Tovuz"un futbolçusu bu kluba keçir - Türkiyəyə aparılmadı

15:10

"Sabah"ın rəqibi Bakıya bu tarixdə gələcək, bu məkanda məskunlaşacaq

14:52

Dyökereşin bir ayağı İngiltərə nəhəngində - SON DURUM

Facebookdan bizi izləməyi unutmayın.
X