Bir neçə gün əvvəl Arsen Vengerlə görüşdüyü və fransız mütəxəssisi kluba idman direktoru təyin edəcəyi deyilən PSJ-nin prezidenti Nassir Əl-Xelaifi açıqlama verib.
Fanat.Az xəbər verir ki, klub rəhbəri yayılan xəbərləri təkzib edib: "Arsenlə çox yaxşı münasibətlərimiz var. O, gözəl insan, gözəl mütəxəssis və gözəl idarəçidi. Ona hörmət edirəm. Bu məsələ mediada çox müzakirə olundu. Amma idman direktorumuz Antero Enrikeyə inanıram. Yaxşı işlər gördüyü müddətdə bu vəzifədə qalacaq".
Fanat.Az