Şotlandiyanın "Seltik" klubuna yeni baş məşqçi təyin olunub.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, İngiltərənin "Lester" komandasına gedən Brendan Rocersi Nil Lennon əvəzləyib.
47 yaşlı mütəxəssisə Con Kennedi və Demyen Daff kömək edəcək.
Qeyd edək ki, şimali irlandiyalı mütəxəssis son olaraq "Hibernian"ı çalışdırıb.
Fanat.Az