Türkiyə Kubokunda 1/4 final mərhələsinin cavab oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, bu gün "Qalatasaray" səfərdə birinci liqa təmsilçisi "Hatayspor"un qonağı olub.
Görüş meydan sahiblərinin 4:2 hesablı qələbəsi ilə başa çatıb. Lakin ilk görüşdə 2:0 üstün olan İstanbul klubu səfər qolu sayəsində yarımfinala yüksəlib.
"Qalatasaray"ın qollarına Muğdat Çelik və Emre Akbaba imza atıb. "Hatayspor"da isə Gökhan Karadeniz dubl edib, Mirkan Aydın bir qol vurub. Daha bir topu isə "Qalatasaray"lı İsmail Cipe öz qapısına göndərib.
Fanat.Az