"Qalatasaray"la yeni 5 illik müqavilə imzalayan Fatih Terimin 2024-cü ildən sonra məşqçilik karyerasına son qoyacaq.
Fanat.Az xəbər verir ki, artıq "İmperator"un gələcəklə bağlı plandı da bəllidi. "Takvim" qəzetinin iddiasına görə, Terim 2024-cü ildə keçiriləcək klub seçkilərində prezidentliyə namizəd olacaq.
Hər şey planlaşdırıldığı kimi getsə, mütəxəssis 70 yaşında "Qalatasaray"ın prezidenti olaraq ən böyük arzusunu reallaşdıracaq. "Sarı-qırmızılı" azarkeşlər də onu klub prezidenti kimi görmək istəyir.
Qeyd edək ki, Fatih Terim "Qalatasaray"a 1974-cü ildə "Altay"dan transfer olunub və karyerasının sonunadək - 1985-ci ilə qədər "sarı-qırmızılı" formanı geyinib. Bu müddətdə 3 dəfə Türkiyə çempionu, 1 dəfə ölkə kubokunun qalibi olub.
O, 1996-2000, 2002-2004 və 2011-2013-cü illərdə komandaya başçılıq edən 65 yaşlı mütəxəssis sonuncu dəfə 2017-ci ildə bu posta təyin olunub.
"Qalatasaray" "İmperator"un başçılığı altında 7 dəfə ölkə çempionu, 2 dəfə Türkiyə Kubokunun, 4 dəfə Super Kubokunun və 1 dəfə UEFA Kubokunun qalibi olub.
Fatih Terim "Qalatasaray"dan başqa "Ankaragücü", "Göztəpə", "Fiorentina" və "Milan" klublarını, 1 dəfə Türkiyənin U-21, 3 dəfə əsas yığmasını çalışdırıb.
Fanat.Az