İspaniya La Liqasında XXVI turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, bu turda "El Klasiko" baş tutub. "Real"la "Barselona" həftə ərzində ardıcıl ikinci dəfə üz-üzə gəlib.
Kataloniya klubu İspaniya "Kral Kuboku"nda 3:0 hesabı ilə yendiyi əzəli rəqibinə yenə "Santyaqo Bernabeu"da qalib gəlib - 1:0. Yeganə qola 26-cı dəqiqədə İvan Rakitiç imza atıb.