"Yuventus" yeni baş məşqçi axtarışlarına başlayıb.
Fanat.Az xəbər verir ki, mövsümün sonunda hazırkı baş məşqçisi Massimiliano Alleqri istefa verəcəyindən Turin klubu indidən hərəkətə keçib.
"Tuttosport"un iddiasına görə, hazırda bu posta namizəd var. "Yuventus" işsiz olan fransalı mütəxəssis Zinəddin Zidandan başqa, "Liverpul"u çalışdıran Yurgen Klopp və "Mançester Siti"yə başçılıq edən Pep Qvardiolanı da hədəfə alıb. Klub rəhbərliyi bu mütəxəssisdən birini komandaya gətirmək istəyir.
Fanat.Az