Çempionlar Liqasının 1/8 final mərhələsinin bu həftə keçiriləcək 4 cavab oyununa hakim təyinatları açıqlanıb.
Fanat.Az xəbər verir ki, sabah baş tutacaq "Real" - "Ayaks" oyununu Feliks Brix (Almaniya), "Borussiya" (Dortmund) - "Tottenhem" görüşünü Danni Makkelie (Hollandiya) idarə edəcək.
Martın 6-da keçiriləcək "Porto" - "Roma" qarşılaşmasında ədaləti Cüneyt Çakır (Türkiyə), PSJ - "Mançester Yunayted" matçında isə Damir Skomina (Sloveniya) qoruyacaq.
Fanat.Az