"Milan”ın indiki "San Siro”nun yerində yeni stadion tikmək ideyası şəhər rəhbərliyini razı salıb.
Fanat.Az "La Reppublica”ya istinadən xəbər verir ki, indi hər kəs "İnter”in layihəyə qoşulmaqla bağlı razılıq verəcəyi anı gözləyir.
600 milyon avroya başa gələcək yeni tikili 60 min azarkeş tutumuna malik olacaq. "Neradzurra" bu işə "hə" desə və başqa xüsusi problem çıxmasa, arena 2023-cü ildə istifadəyə veriləcək.
Fanat.Az