İngiltərə Futbol Assosasiyası "Tottenhem"in baş məşqçisi Maurisio Poçettinonu "Börnli" ilə oyundan (1:2) sonra baş hakim Mayk Dinlə münaqişə etməsi səbəbindən cəzalandırıb.
Fanat.Az xəbər verir ki, Poçettino 2 oyunluq diskvalifikasiya olunub. Argentinalı mütəxəssis həmçinin 10 min funt cərimə ödəməli olacaq.
Poçettino "Börnli" ilə matçdan sonra meydana çıxaraq, sərt şəkildə Mayk Dinə etirazını bildirmişdi.
Fanat.Az