13:15 09.03.2019 2392

\"Ayaks\" mövsümün sonunda dağılacaq - Şok siyahı

Çempionlar Liqasında "Real"ı məğlub edərək 1/4 finala çıxan "Ayaks"ın heyəti mövsümün sonunda böyük ölçüdə dağılacaq.

Fanat.Az xəbər verir ki, yetişdirdiyi istedadlarla yanaşı, kiçik məbləğə heyətinə qatdığı futbolçularla keçmiş günlərini xatırladan Hollandiya klubunun yeni mövsümə yeni heyətlə başlayacağı gözlənilir. Çünki Amsterdam təmsilçisinin əskər futbolçuları Avropa nəhənglərinin hədəfindədi. Komandanın ulduzlarına böyük məbləğli transfer təklifləri gəlməyə başlayıb.

Amma "Ayaks" bu vəziyyətdən narahat deyil. Hollandiyada fəaliyyət göstərən "Football Orange" saytının qurucusu Maykl Bell, "Ayaks" fanatları oyunçularının çoxunun mövsümün sonunda komandadan ayrılacağını bilir. Onlar bu vəziyyətə görə sadəcə qürur hissi keçirirlər. "Ayaks" böyük klublarla pul yarışına girə bilməz. Azarkeşlər də bunu bilir. Bir neçə il olsa da, komandalarının uğurlu performans göstərməsi onlar üçün yetərlidi" deyir.

"Ayaks"ı tərk edəcək ilk futbolçu Frenki de Yonq olacaq. Klub artıq onun "Barselona"ya keçidini raxılaşdırıb və bu barədə rəsmi açıqlama verib. Bu transferdən Amsterdam təmsilçisinin büdcəsinə 75 milyon avro daxil olacaq. Üstəlik futbolçunun performansından aslı olaraq 11 milyon bonus da gələ bilər. "Ayaks" bu futbolçunu heyətinə pulsuz qatmışdı.

Komandanı tərk etməsi gözlənilən ikinci oyunçu Mattis de Liqtdi. 19 yaşlı stoper uğrunda "Barselona", PSJ və "Liverpul" mübarizə aparır. "Ayaks"ın bu futbolçunun satışından ən azı 80 milyon avro qazanacaq.

"Ayaks"dan mövsümün sonunda ayrılması gözlənilən digər futbolçu Nikolas Taqliafikodu.  26 yaşlı argentinalı sol cinah futbolçusu "Real"la danışıqlar aparır. Onu "Arsenal" da istəyir.

Donni van de Beekin də Hollandiya klubundan ayrılacağı deyilir. Yarımmüdafiəçi ilə bağlı hazırda "Everton"la danışıqlar gedir. İngiltərə klubu bundan əvvəo "Ayaks"dan Davi Klaasseni 25 milyon avroya transfer etmişdi. Van de Beeklə "Milan"ın da maraqlandığı bildirilir.

Özünü yaxşı tərəfdən göstərən Hakim Ziyeçin də İngiltərəyə üz tutması gözlənilir. Belə ki, "Lester" bu futbolçunu Riyad Mahrezin yerinə transfer etmək niyyətindədi. Mərakeşli fubolçu ilə Dortmund "Borussiya"sı və "Roma" da maraqlanır.

Duşan Tadiçin adı isə "Bavariya" ilə yanaşı çəkilir. Düzdü, "Ayaks" rəhbərliyi futbolçunun daha bir mövsüm komandada qalmaq istədiyini deyir. Amma yayda "Bavariya"ya keçməsi mümkündü.

22 yaşlı Andre Onananı da "Barselona"nın istədiyi bildirilir. Kataloniya klubu komandanı tərk etmək istəyən Casper Killessenin yerinə məhz bu futbolçunu transfer etmək istəyir. "Barselona" Killesseni də "Ayaks"dan almışdı.

Qeyd edək ki, "Ayaks" bundan əvvəl Kasper Dolberq üçün "Monako"dan, Hakim Ziyeç üçün isə "Borussiya"dan (Dortmund) gələn təklifləri rədd etmişdi. Hollandiya klubu futbolçuları üçün özünün müəyyənləşdirdiyi qiymətdə gələn təklifləri qəbul edəcəyini açıqlayıb.

Bəs "Ayaks" ulduz futbolçularını satacağı halda hansı addımları atacaq? Hollandiya klubu həmişəki kimi ucuz və istedadlı futbolçuları heyətinə qatacaq. Bunlardan biri "Real"a məxsus olan Martin Odeqaarddı. "Kral Klubu"ndan heyətə düşə bilməyən və icarəyə verilən 20 yaşlı norveçli futbolçunun yayda "Ayaks"a keçəcəyi deyilir. 

Bundan başqa klubun akademiyasında yetişən çox sayda gənc istedad var. Onlardan bəzilərinin yeni mövsümdə əsas komandada olacağğı deyilir. Onların arasında Perr Şkuurs və Dani de Vit kimi ulduz olmağa namizəd istedadlar var.

Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
17:10

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlıları ilə üz-üzə gələcək

16:53

"Baş verən hadisə mənə çox pis təsir edib" - Canluici Donnarumma

16:50

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

16:34

"Milan" Ernandesi ərəblərə satır - Transfer yekunlaşmaq üzrədir

16:17

"İmişli" növbəti transferini reallaşdırdı

15:59

Rakitiç "Zirə"yə qarşı oynamayacaq - Özü açıqladı

15:41

Saşa İliç "Sumqayıt"ı bu gün məşqə çıxaracaq, sabah isə... - AÇIQLAMA

15:23

"Turan Tovuz"un futbolçusu bu kluba keçir - Türkiyəyə aparılmadı

15:10

"Sabah"ın rəqibi Bakıya bu tarixdə gələcək, bu məkanda məskunlaşacaq

14:52

Dyökereşin bir ayağı İngiltərə nəhəngində - SON DURUM

14:34

"Karvan"dan ayrılan futbolçu 1-ci Liqa klubuna keçdi

14:16

"Sumqayıt" yeni baş məşqçisinin adını açıqladı - RƏSMİ

13:58

"Məşqçi işi göz qabağındadır" - Vüqar Nadirov "Sabah" - "Sele" mübarizəsindən nə gözləyir?

13:39

Sadiq Məmmədzadə Serbiya klubunun düşərgəsinə nə vaxt yollanacaq? - Özü açıqladı

13:09

Gülağa Əsədov "Mingəçevir"dən ayrıldı - Yeni klubu bəllidir

12:51

Messi "İnter Mayami"ni bu kluba dəyişir - SON DURUM

12:33

Avarçəkənimiz Avropa üçüncüsü oldu

12:15

Asim Xudiyev Konfrans Liqasına təyinat aldı

11:56

Balotelli bu iki klubdan birində oynayacaq - SON DURUM

11:37

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:18

"Mançester Yunayted" kolumbiyalı yarımmüdafiəçiyə elçi düşdü

10:59

"Qarabağ" Avstriyada ilk oyununa çıxır

10:40

Ançelotti "Qızıl top"a layiq olan, amma onu qazanmayan futbolçunun adını açıqladı

10:03

Azərbaycan və Özbəkistan dünya çempionatına birgə ev sahibliyi üçün namizədliklərini irəli sürdülər - RƏSMİ

09:46

KONKAKAF kubokunun qalibi bilindi

09:25

Yadullayev oğlunu yeni baş məşqçisi olduğu komandaya apardı

09:00

Deku DÇ-2026-nın iki əsas favoritini açıqladı

00:31

Azərbaycan yığması AÇ-də 2-ci oldu

00:14

Azərbaycan güləşçiləri son gündə 3 medal qazandılar

06 İyul 2025
23:44

Azərbaycan yığması Andorraya uduzdu

23:02

Azərbaycan cüdoçusu Avropa Kubokunda gümüş medal qazandı

22:53

Con Duran "Fənərbağça"da - RƏSMİ

22:22

U-18 Litvaya uduzdu

21:48

Böyük Britaniya Qran-prisinin qalibi bəlli oldu

21:09

İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

20:19

"Şamaxı"ı heyətinə portuqaliyalı futbolçu qatdı - RƏSMİ

19:57

Belçika millisinin üzvü "Brayton"da - RƏSMİ

19:10

Ronaldu "Əl-Nəsr"ə bu hücumçunu almağı məsləhət gördü

18:52

"Arsenal" Dyökereş üçün daha bir təklif göndərdi - SON DURUM

18:29

Klublararası DÇ-də biletlər 36 dəfə ucuzlaşdı

Facebookdan bizi izləməyi unutmayın.
X