Son 11 ildə ilk dəfə Çempionlar Liqasının 1/4 finalında "Real" və "Bavariya" çıxış etməyəcək.
Fanat.Az xəbər verir ki, sonuncu dəfə belə hadisə 2007/08 mövsümündə baş verib. Həmin vaxt "Real" 1/8 finalda "Roma"ya uduzmuş, "Bavariya" isə həmin mövsüm UEFA Kubokunda çıxış edirdi. Sonrakı 11 ildə bu iki komandadan ən azı biri 1/4 finalda oynayıb.
Qeyd edək ki, bu mövsüm "Real"ı "Ayaks", "Bavariya"nı "Liverpul" mübarizədən kənarlaşdırıb.
Fanat.Az