Sabiq ispan hakim Eduardo İturralde Çempionlar Liqasının 1/8 final mərhələsinin dünən baş tutan oyununda – "Barselona” – "Lion” görüşündəki penalti epizodunu dəyərləndirib.
Fanat.Az AS qəzetinə istinadən xəbər verir ki, İturralde matçın 16-cı dəqiqəsində Polşanı təmsil edən referi Şimon Marçinyakın yanlış qərar verdiyini söyləyib:
"Lion”un müdafiəçisi Ceyson Denayer qaydanı pozmamışdı. O, sürüşmə fəndindən istifadə etsə də, Luis Suares müdafiəçinin təmasından məharətlə yararlandı. Penalti yox idi”.
Maraqlıdır ki, VAR sisteminin istifadə edildiyi görüşün ardından Suares özü də penalti olmadığını söyləyib.
Fanat.Az