Çempionlar Liqasının dünən baş tutan 2 cavab görüşündən sonra 1/4 finalçıların adlarına aydınlıq gəldi.
Fanat.Az-ın məlumatına görə, "Barselona" - "Lion" (5:1) qarşılaşmasından sonra qonaqların baş məşqçisi yenilgiytə şərh verib. Bruno Genesio belə danışıb:
"İki fərqli hissə izlədik. "Barselona"nın təzyiqini səngitmək çox çətin idi. Daha sonra bir qolla ümidləndik. Rəqibin üçüncü qoluna qədər onları qorxutmağı bacardıq. Müdafiədə diqqətli oynamağa çalışdıq, ancaq "Barselona" buna imkan vermədi. Üçüncü qoldan sonra ümidimiz tükəndi. Hər kəsin gözünün Lionel Messinin üzərində olduğunu bilirdik. O, Çempionlar Liqası rejiminə keçdi və dünyanın ən yaxşı futbolçularından biri olduğunu yenə isbatladı. Messi dahidi, qarşısıalınmazdı".
Fanat.Az