14:17 16.03.2019 1956

Quardiola və Tuxel: Yemək masasında “şahmat”

"Alyanç Arena"nın soyunub-geyinmə otağının kənarındakı dəhlizdə sağollaşırdılar, birdən Tuxel soruşdu: "Növbəti həftə sənə uyğundu, Pep? Hansısa bir gün birlikdə yemək yeyə bilərik?"

Quardiola cavab verdi: "Əlbəttə, çərşənbə axşamı boşam. Zəng edərsən, dəqiqləşdirərik".

"Bavariya" Dortmund "Borussiya"sını 5:1 hesabı ilə darmadağın etmişdi, ancaq oyundan sonra keçirilən mətbuat konfransında Quardiola bir az da mübaliğəli şəkildə rəqibin oyunu haqqında təriflər səsləndirirdi. Daha sonra eyni şeyləri Domenek Torren və Manuel Estiarteyə də demişdi. Tuxelin qısa müddət ərzində qazandıqlarına, həqiqətən də, heyranlıqla baxırdı.

Klopp "Borussiya"dan təhlükəli, döyüşkən maşın yaratmışdı, ancaq onun klubdakı dönəminin sonlarına yaxın komanda zəif və ziddiyyətli futbol nümayiş etdirmişdi. Tuxel isə gəlişindən sonra futbolçuları oyunun hər aspektində bir üst səviyyəyə çıxarmışdı. "Alyanç Arena"da ən yaxşı performanslarını ortaya qoya bilməmələri, qeydə alınan məğlubiyyət klub daxilindəki təkamülü dəyərdən sala bilməzdi.

Quardiola və Tuxel ilk görüşdən etibarən söhbətlərinin tutduğunu anlamışdılar. O zaman Tuxel "Maynts"ın başında idi, Quardiola isə Almaniyada ilk mövsümünü keçirirdi. Pep komandalar arasındakı ilk iki görüşdə rəqib məşqçinin aqressiv və ağıllı yanaşmasının təsiri altına düşmüşdü. Onlar münasibətlərini qoruyub saxlamaq, daha da gücləndirmək niyyətində idilər. Tuxel "Maynts"dan ayrıldıqdan sonra bir müddət futboldan uzaqlaşıb fasilə vermişdi. Həmin zaman kəsiyində belə, Tomas Peplə təmasını kəsmirdi. Onlar birlikdə "Schumann's"da yemək yeyərkən müzakirə etdikləri taktiki detalları daha yaxşı bir-birilərinə izah etmək üçün duz qablarından və qədəhlərdən istifadə etmişdilər. Bu, restoranda yemək yeyən digər insanların gülüşünə səbəb olmuşdu. "Borussiya"nın başına keçdikdən sonra Tuxelin Pepin əsas rəqibinə çevrilməsi belə, ikili arasındakı bağlara təsir etməmişdi. Ona görə də çempionatdakı oyundan cəmi 48 saat sonra futbol haqda danışmaq üçün yeməkda bir araya gəlmişdilər.

Tuxel Pepin oyun hazırlıqları çərçivəsində keçdiyi mental prosesləri öyrənməkdə maraqlı idi. Dortmund klubunun məşqçisi minimum 6 aparıcı oyunçusunun pozisiyasını və funksiyasını dəyişməsinin qeyri-ənənəvi olduğunu qəbul edirdi. Bəlkə də, bir az "ağını çıxartmışdı"... Ancaq yenə də, bazar günü oynanılan matçın üzərindən bir də keçmək, Pepin əks-planının incəliklərini öyrənmək istəyirdi.

Quardiola da həvəsli şəkildə fikirlərini bölüşmək istəyirdi. İlk növbədə Tuxelin niyə çox dəyişikliyə getdiyini öyrənmək niyyətində idi. Bu yolla rəqibinin gələcəkdəki qarşılaşmalar üçün nələri planladığını da təxmin edə bilərdi. Sanki iki rəqib şahmatçı turnirdən sonra bir araya gəlib, aralarındakı oyunun detallarını müzakirə edirdi. Pep bir gün sonra görüşdə nələrə toxunduğu barədə qısaca, üstüörtülü mənə danışdı:

"Tuxelə Almaniyada topa sahib olma oyununu bir üst səviyyəyə daşıyacaq ismin məhz o olduğunu dedim".

Sonra eyni mövzunu müxtəlif futbol kültürlərini özündə ehtiva edən, nəzəriyyələrini Meksikada tətbiq edən və oyununu "Barselona"da Pako Seyrulla təkmilləşdirən isveçrəli Hermann Kelinlə də müzakirə etmək imkanım oldu:

"Təkcə Bundesliqanı nəzərdə tutmuram, Avropanı da hesaba qata bilərik, Tuxelin "Borussiya"sı mütləq izləməli olduğumuz komandalardandı. O, açıq-ara Almaniyanın son 30 ildə ortaya çıxardığı ən ümidverici məşqçidi. "Dortmund"un başına keçər-keçməz Kloppun modelini kökündən dəyişdirdi. İndi komanda oyun başına orta hesabla 10 km. daha az qaçır, buna rəğmən, nəticələr daha yaxşıdı, çünki topa daha çox sahib olurlar. Ötürmələrin düzgün verilmə dərəcəsinə nəzərə salsaq, böyük artım olduğunu görərik. Hər fərdin ən yaxşısını ortaya qoyması üçün nə edəcəyini bilir. Az qaçırlar, amma daha effektivdilər. Pep alman futbolunun şerifi hesab olunurdu. Bəlkə də, artıq Tuxelin Pepə məxsus o ulduzu öz sinəsinə taxmaq zamanı çatıb".

Marti Perarnau - "Evolution"
Hazırladı: Rüfət Məcid
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
20:39

"Sabah" Avropa Liqası üçün 25 oyunçu sifariş etdi - SİYAHI

20:03

"Zirə"də yeni müqavilə - RƏSMİ

19:50

Premyer Liqa klubu hücumçusu ilə vidalaşdı

19:38

Rakitiç "Zirə"nin rəqibini tərk etməyəcək - RƏSMİ

19:11

"Şamaxı"dan ayrılan Məsimov və daha 3 futbolçu bu kluba keçir

18:57

MPL: 2025/2026 mövsümün püşkatma mərasiminin vaxtı bilindi

18:16

"Araz-Naxçıvan"ın Türkiyə toplanışındakı rəqibləri açıqlandı

17:47

"Karvan" qapıçısı ilə bağlı yekun qərarını verdi

17:28

Araz Abdullayev Premyer Liqa klubuna keçdi

17:10

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlıları ilə üz-üzə gələcək

16:53

"Baş verən hadisə mənə çox pis təsir edib" - Canluici Donnarumma

16:34

"Milan" Ernandesi ərəblərə satır - Transfer yekunlaşmaq üzrədir

16:17

"İmişli" növbəti transferini reallaşdırdı

15:59

Rakitiç "Zirə"yə qarşı oynamayacaq - Özü açıqladı

15:41

Saşa İliç "Sumqayıt"ı bu gün məşqə çıxaracaq, sabah isə... - AÇIQLAMA

15:23

"Turan Tovuz"un futbolçusu bu kluba keçir - Türkiyəyə aparılmadı

15:10

"Sabah"ın rəqibi Bakıya bu tarixdə gələcək, bu məkanda məskunlaşacaq

14:52

Dyökereşin bir ayağı İngiltərə nəhəngində - SON DURUM

14:34

"Karvan"dan ayrılan futbolçu 1-ci Liqa klubuna keçdi

14:16

"Sumqayıt" yeni baş məşqçisinin adını açıqladı - RƏSMİ

13:58

"Məşqçi işi göz qabağındadır" - Vüqar Nadirov "Sabah" - "Sele" mübarizəsindən nə gözləyir?

13:39

Sadiq Məmmədzadə Serbiya klubunun düşərgəsinə nə vaxt yollanacaq? - Özü açıqladı

13:09

Gülağa Əsədov "Mingəçevir"dən ayrıldı - Yeni klubu bəllidir

12:51

Messi "İnter Mayami"ni bu kluba dəyişir - SON DURUM

12:33

Avarçəkənimiz Avropa üçüncüsü oldu

12:15

Asim Xudiyev Konfrans Liqasına təyinat aldı

11:56

Balotelli bu iki klubdan birində oynayacaq - SON DURUM

11:37

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:18

"Mançester Yunayted" kolumbiyalı yarımmüdafiəçiyə elçi düşdü

10:59

"Qarabağ" Avstriyada ilk oyununa çıxır

10:40

Ançelotti "Qızıl top"a layiq olan, amma onu qazanmayan futbolçunun adını açıqladı

10:03

Azərbaycan və Özbəkistan dünya çempionatına birgə ev sahibliyi üçün namizədliklərini irəli sürdülər - RƏSMİ

09:46

KONKAKAF kubokunun qalibi bilindi

09:25

Yadullayev oğlunu yeni baş məşqçisi olduğu komandaya apardı

09:00

Deku DÇ-2026-nın iki əsas favoritini açıqladı

00:31

Azərbaycan yığması AÇ-də 2-ci oldu

00:14

Azərbaycan güləşçiləri son gündə 3 medal qazandılar

06 İyul 2025
23:44

Azərbaycan yığması Andorraya uduzdu

23:02

Azərbaycan cüdoçusu Avropa Kubokunda gümüş medal qazandı

22:53

Con Duran "Fənərbağça"da - RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.
X