"Sevilya”nın yarımmüdafiəçisi Kvinsi Promes "Barselona”nın maraq dairəsinə düşüb.
Fanat.Az "OK Diario”ya istinadən xəbər verir ki, Moskva "Spartak”ında da oynamış futbolçunu diqqət mərkəzində saxlayan Kataloniya klubunun rəsmiləri Hollandiya – Almaniya (2:3) matçını canlı izləyib.
AÇ-2020-nin seçmə mərhələsinin matçında Promesin komanda yoldaşları - Frenki de Yonqla Mateys de Liqt də "Barsa” təmsilçilərinin çıxışına canlı baxmaq istədiyi futbolçular olub.
Mənbə "Barselona”nın baş məşqçisi Ernesto Valverdenin 27 yaşlı Kvinsinin universallığını bəyəndiyini önə çəkib.
Qeyd edək ki, yayda "Spartak”ı "Sevilya”ya dəyişən Promesi heyətinə qatmaq istəyən klub sözügedən İspaniya təmsilçisinə 150 milyon avro ödəməlidi.
Fanat.Az