Uels millisinin sabiq üzcü Kreyq Bellami 18 ay müddətinə avtomobil idarə etmə hüququndan məhrum edilib.
Fanat.Az xəbər verir ki, buna səbəb 39 yaşlı veteran hücumçunun içkili halda avtomobil idarə etməsi olub.
O, martın 9-da Uelsin Kardiff şəhərində saxlanılıb. Polis Bellaminin orqanizmində alkoqolun icazə verilən həddən ikiqat artıq olduğunu bildirib. Veteran futbolçu məhkəmədə spirtli içki qəbul etdiyini etiraf edib.
Məhkəmə onu 18 ay sürücülük hüququndan məhrum etməklə yanaşı, 650 funt-sterlinq cərimələyib.
Qeyd edək ki, Bellami karyerası ərzində "Norviç", "Koventri Siti", "Nyukasl", "Seltik", "Blekbern", "Vest Hem", "Kardiff Siti", "Liverpul" və "Mançester Siti" klublarında çıxış edib, Uels millisində keçirdiyi 78 oyunda 19 qol vurub.
Fanat.Az