İngiltərə Premyer Liqasının XXXIII turunun ilk oyununda "Liverpul" "Sautqempton"un qonağı olub.
Fanat.Az xəbər verir ki, "qırmızılar" hesabda geri düşdükləri oyunda 3:1 hesablı qələbə qazanıblar.
Hesabı "Sautqempton"dan Şane Lonq açıb. "Liverpul"un qollarına isə Nəbi Keyta, Məhəmməd Salah və Yordan Henderson imza atıb.
Qeyd edək ki, "Liverpul" 33 oyundan sonra 82 xalla turnir cədvəlinə başçılıq edir. 32 oyun keçirən "Mançester Siti" 80 xalla 2-ci, "Tottenhem" 64 xalla 3-cü pillədə qərarlaşıb.
Fanat.Az