"Yuventus" ağır itki ilə üzləşib.
Fanat.Az xəbər verir ki, Turin klubunun xorvat futbolçusu Mario Mancukiç üçün mövsüm erkən başa çatıb. Bu barədə komandanın baş məşqçisi Massimiliano Alleqri açıqlama verib. Məşqdə dizindən aldığı zədə xorvatiyalı forvardın bu mövsüm meydana dönüşünə imkan verməyəcək.
"Corriere Della Sera" isə 33 yaşlı hücumçunun Turin komandasındakı gələcəyinin sual altında olduğunu yazıb. Baxmayaraq ki, onunla iki həftə əvvəl 2021-ci ilin iyununadək yeni müqavilə bağlanılıb.
Qeyd edək ki, Mancukiç bu mövsüm 32 oyunda meydana çıxaraq 9 qol burub və 7 məhsuldar ötürmə edib.
Fanat.Az