Türkiyə Super Liqasında XXIX turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, bu mövsüm uğursuz çıxışı edən "Fənərbaxça" "Alanyaspor"un qonağı olub. İstanbul klubu 0:1 hesabı ilə uduzub.
Qeyd edək ki, "Fənərbaxça" 29 turdan sonra 33 xalla 14-cü pillədə qərarlaşıb. "Sarı-lacivərdlilər"i autsayderlər qrupundan cəmi 5 xal ayırır. "Alanyaspor" 41 xalla 5-cidi. Turnir cədvəlinə isə 62 xalla "Başakşəhər" başçılıq edir. İkinci sıradakı "Qalatasaray"ın 59, üçüncü pillədəki "Beşiktaş" isə 53 xalı var.
Fanat.Az