Türkiyə Super Liqasında XXIX tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, "Beşiktaş" səfərdə "Sivasspor"la qarşılaşıb. Matç İstanbul klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Hesabı 31-ci dəqiqədə meydan sahiblərindən Domaqoy Vida açıb. 45-ci dəqiqədə Fousseni Diabate bərabərliyi təmin edib. 87-ci dəqiqədə isə Burak Yılmaz gözəl qolla "Beşiktaş"a qələbə qazandırıb.
Qeyd edək ki, "Beşiktaş" 29 turdan sonra 56 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. "Qara Qartallar" lider "Başakşəhər"dən 6, ikinci pillədəki "Qalatasaray"dan 3 xal geri qalır. "Sivasspor" isə 35 xalla 13-cü yeri tutur.
Fanat.Az