İspaniya La Liqasında XXXIV tura start verilib.
Fanat.Az xəbər verir ki, ilk oyun günündə "Barselona” "Alaves”in qonağı olub. Oyun Kataloniya klubunun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qollara Karles Alena və Luis Suares (penalti) imza atıb.
Qeyd edək ki, "Barselona" 34 oyundan sonra 80 xalla turnir cədvəlinə başçılıq edir. 33 oyun keçirmiş "Atletiko" 68 xalla 2-ci, "Real" 64 xalla 3-cü pillədədi.
Fanat.Az