İspaniya La Liqasında XXXV tura start verilib.
Fanat.Az xəbər verir ki, ilk oyun günündə 4 görüş keçirilib.
Öz meydanında "Levante"ni qəbul edən "Barselona" Lionel Messinin qolu ilə qalib gəlib. Bununla da Kataloniya klubu gələrək sona 3 tur qalmış çempionluğunu rəsmiləşdirib.
Qeyd edək ki, "Barselona" tarixində 26-cı dəfə La Liqanın qalibi olub. Turnirin ən çox çempion olan komandası isə "Real"dı - 33 dəfə.
Fanat.Az