"Mançester Siti" Portuqaliyadan iki futbolçu transfer etmək istəyir.
Fanat.Az xəbər verir ki, komandanın baş məşqçisi Pep Qvardiola "Benfika"dan Joao Feliks və "Sportinq"dən Bruno Fernandesi istəyib.
Portuqaliyanın "Record" qəzetinin məlumatına görə, "Benfika" 19 yaşlı futbolçusu üçün 100 milyon funt-sterlinq (təxminən 116 milyon avro) tələb edir. Amma "Mançester Siti"nin bu məbləği ödəməyə razı olub-olmayacağı bilinmir. İngiltərə klubunun bu iki futbolçu üçün 150 milyon funt-sterlinq (təxminən 178 milyon avro) büdcə ayırdığı bildirilir.
Fanat.Az