"Yuventus" "Real"dan daha bir transfer etmək istəyir.
Fanat.Az xəbər verir ki, ötən yay Kriştiano Ronaldonu transfer edən Turin klubu bu dəfə Keylor Navasa "göz dikib". İtaliya mətbuatının məlumatına görə, qolkiperi "Yuventus"a Ronaldo tövsiyyə edib.
Bildirilir ki, "Real"ın baş məşqçisi Zinəddin Zidan əsas qapıçısı kimi Tibo Kurtuanı görür və Navas ikinci qapıçıdı. Bu durumdan narazı olani kosta rikalı qolkiper yayda komandadan ayrılmaq istəyir. Onun "Yuventus"un təklifinə müsbət yanaşdığı qeyd edilir.
Qeyd edək ki, Navas "Real"a 2014-cü ildə "Levante"dən 10 milyon avroya transfer olunub. Klubla 2020-ci ilin yayınadək müqaviləsi olan 32 yaşlı qolkiper cari mövsümdə 20 oyunda meydana çıxıb.
Fanat.Az