"Barselona”nın kapitanı Lionel Messi "Liverpul”dan dünən alınan 0:4 hesablı yenilgidən sonra dopinq - test verməli olub.
Fanat.Az "El Chiringuito”ya istinadən xəbər verir ki, argentinalı Çempionlar Liqasının yarımfinalındakı rüsvayçı məğlubiyyətin ardından 2 saat vaxt itirmək məcburiyyətində qalıb.
İngiltərədə "kötəklənən” kataloniyalıları aparan avtobus hava limanına Messisiz yollanıb. Komandasından ayrı düşən argentinalı ulduz isə tək qayıdıb.
Fanat.Az