"Barselona"nın futbolmusu Luis Suares 4-6 həftə yaşıl meydanlardan kənarda qalacaq.
Fanat.A klubun saytına istinadən xəbər verir ki, buna səbəb uruqvaylı hücumçunun dizindən əməliyyat olunmasıdı.
O, İspaniya Kubokunun finalında "Valensiya" ilə görüşdə və iyun-iyul aylarında Braziliyada keçiriləcək Amerika Kubokunda oynaya bilməyəcəyi məlum olub.
Qeyd edək ki, 32 yaşlı futbolçu bu mövsüm Kataloniya klubunun heyətində 49 oyuna 25 qol vurub.
Fanat.Az