PSJ-nin və Braziliya yığmasının ulduzu Neymar sıradan çıxıb.
Fanat.az-ın "Globo Espote"yə istinadən məlumatına görə, "sambaçı” millinin məşqində dizində ağrı hiss edib. 27 yaşlı hücumçu bir neçə tapşırığı yerinə yetirmək istəsə də, bunu bacara bilməyib vəmeydanı həkiminköməyi ilə tərk edib.
Qeyd edək ki, Neymar Amerika kuboku turniri üçün milliyə çağırılıb.
Fanat.Az