Türkiyə Futbol Federasiyasına (TFF) yeni prezident seçilib.
Fanat.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Quruma yeni rəhbəri Nihat Özdemir təyin olunub.
O, TFF prezidenti vəzifəsinə seçkilərə yeganə namizəd kimi qatılıb və 179 səsin hamısını toplayıb.
N.Özdemir bu postda Yıldırım Demiröreni əvəzləyib.
Fanat.az