"Kasımpaşa"ya yeni baş məşqçi təyin olunmuş İbrahim Üzülməz təyinatından cəmi 4 saat sonra postundan istefa verib.
Fanat.az xəbər verir ki, bu barədə 45 yaşlı mütəxəssis özü bildirib. Üzülməz 1 illik müqaviləsinin qarşılıqlı razılıq əsasında pozulduğunu söyləyib: "İmzalanma mərasimindən sonra növbəti mövsümə hazırlıqla bağlı müzakirələrimizdə fikir ayrılığı yaşadıq. Bu səbəbdən, "Kasımpaşa" ilə yollarımızı ayırdıq. Hər kəs üçün xeyirlisi olsun".
Üzülməz baş məşqçi postunda əvvəllər "Xəzər Lənkəran"da da çalışmış Mustafa Dənizlini əvəzləmişdi. "Kasımpaşa" 2018/2019 mövsümündə Türkiyə Super Liqasını 39 xalla 14-cü pillədə başa vurub.
Fanat.az