"Liverpul" iki futbolçusu ilə yollarını ayırıb.
Fanat.Az xəbər verir ki, Çempionlar Liqasının qalibi Daniel Sturridge və Alberto Morenonu heyətindən kənarlaşdırıb.
Baş məşqçi Yurgen Klopp futbolçuların gedişi ilə bağlı açıqlama verib: "Bu iki önəmli futbolçu üçün deyiləcək tək söz onlara təşəkkür etməkdi. Onlar olmasaydı, bu günkü komanda və klub ola bilməzdik".
Qeyd edək ki, Sturridge 2013-cü ildə "Çelsi"dən "Liverpul"a 15 milyon avroya transfer olunub. İngilis forvard 2018/19 mövsümündə oynadığı 27 matçda 4 qol vurub və 2 məhsuldar ötürmə edib.
Moreno 2014-cü ildə "Sevilya"dan "Liverpul"a 18 milyon avroya transfer olunub. İspan sol cinah müdafiəçisi başa çatan mövsümdə xəmi 5 oyuna çıxıb.
Fanat.Az