"Atletiko"nun komandanı tərk edən Antoine Qrizmannın yerinə transfer edəcəyi futbolçunun kimliyi açıqlanıb.
Fanat.Az xəbər verir ki, Madrid klubu "Mançester Yunayted"də uğursuz mövsüm keçirən Aleksis Sançeslə danışıqlara başlayıb. İngiltərə mətbuatının məlumatına görə, baş məşqçi Dieqo Simeone Qrizmannın boşluğunu çilili ulduzla doldurmaq istəyir.
Argentinalı mütəxəssis bundan əvvəl dəfələrlə Sançesi tərifləyən açıqlamalar verib. Çilili ulduzla "Atletiko" ilə yanaşı, "İnter" və "Yuventus" da maraqlanır.
Qeyd edək ki, 2018-ci ilin qışında "Arsenal"dan "Mançester Yunayted"ə 34 milyon avroya transfer olunan Sançes 2018/19 mövsümündə oynadığı 27 matçda cəmi 2 qol vurub və 4 məhsuldar ötürmə edib.
Fanat.Az