"Liverpul" rəhbərliyi Çempionlar Liqasının qalibi olan futbolçuları və baş məşqçini mükafatlandırıb.
Fanat.Az xəbər verir ki, komandanın üzvlərinə pul mükafatı ilə yanaşı, hədiyyə də verib. Belə ki, rəhbərlik 28 oyunçu və baş məşqçi Yurgen Kloppa dəyəri 3.5 min funt-sterlinq olan "iPhone X" model telefon hədiyyə edib. Həmin telefonların arxa qabağında oyunçuların adları, nömrələri, həmçinin Çempionlar Liqasının kuboku və loqosu əks olunub.
Fanat.Az