İspaniya La Liqasına yüksələn sonuncu klub müəyyənləşib.
Fanat.Az xəbər verir ki, Sequndasının "play-off" mərhələsinin oyununda "Deportivo"nu 3 cavabsız qolla məğlub edən "Malyorka" iki görüşün nəticəsinə (3:2) əsasən, elitaya vəsiqə qazanıb.
Sözügedən komanda 6 illik fasilədən sonra yenidən yüksək dəstədə mübarizə aparacaq.
Qeyd edək ki, Sequndadan La Liqaya yüksələn digər iki komanda isə "Osasuna" və "Qranada"dı.
Fanat.Az