PSJ Neymarı "Barselona"ya satmaqdan imtina edib.
Fanat.Az xəbər verir ki, bu barədə "Le Parisien" məlumat yayıb.
Bildirilir ki, Fransa klubu "Barselona" ilə danışıqlar aparmaqdan imtina edib. Braziliyalı hücumçu özü isə komandanı tərk etmək istəyini iyulun 7-dən sonra açıqlayacaq.
Neymar PSJ-yə "Barselona"dan dünya futbolu üçün rekord göstərici sayılan 222 milyon avroya keçib. Onun müqaviləsi 2022-ci ilin yayında başa çatacaq.
Fanat.Az