"Milan" 2019/20 mövsümündə avrokubokda çıxış etməyəcək.
Fanat.Az xəbər verir ki, bu barədə İdman Arbitraj Məhkəməsi (CAS) qərar qəbul edib. İtaliya təmsilçisi maliyyə "fair-play" qaydalarını pozduğu üçün sanksiyaya məruz qalıb.
Qeyd edək ki, Milan 2018/19 mövsümündə A Seriyasını 5-ci sırada başa vurub və Avropa Liqasının qrup mərhələsində iştirak hüququ qazanıb. Daha öncə "Milan"ın turnirə qatılmaqdan imtina etdiyi bildirilib. UEFA ötən ilin sonlarında klubu avrokubokdakı gəlirlərdən məhrum edib.
Fanat.Az