"Qarabağ”ın bu yay yollarını ayırdığı Reynaldo Silvanın yeni klubu bəlli olub.
Fanat.Az xəbər verir ki, braziliyalı futbolçu Qazaxıstan təmsilçisi "İrtış"la anlaşıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Lakin 30 yaşlı hücumçu ilə müqavilənin detalları barədə ətraflı məlumat verilməyib.
Reynaldo 2013-2016-ci illər aralığında "Qarabağ”da çıxış edib. O, bir müddət Türkiyə ("Adanaspor”), Slovakiya ("Spartak”, Trnava) və Qazaxıstanda ("Aktobe) forma geyindikdən sonra 2018/19 mövsümünün ikinci yarısında yenidən Ağdam klubuna qayıtmışdı. Amma bu dəfə o, ümidləri doğrultmadığından, mövsüm bitən kimi klub braziliyalı futbolçu ilə vidalaşmışdı.
Fanat.Az