Milan "İnter"inin idarəçiləri "Mançester Yunayted"in hücumçusu Romelu Lukakudan əl çəkmək niyyətində deyil.
Fanat.Az-ın İtaliya mətbuatına istinadən məlumatına görə, tərəflər arasında rəsmi danışıqlar başlayıb.
"Neradzurra"nın idman direktoru Pyero Ausilio qarşı tərəflə görüşlərin davam etdiyini bildirib.
Klublar razılığa gəlsə, sözügedən keçidə görə "İnter" 85 milyon avro xərcləyəcək.
Fanat.Az