"Barselona” Yaponiya klubu "Kasima Antlers” gənc yarımmüdafiəçisi Hiroki Abenin keçidini razılaşdırıb.
Fanat.Az xəbər verir ki, "Kasima Antlers”in rəsmi saytı katalonların 20 yaşlı oyunçu ilə tibbi müayinədən keçəndən sonra müqavilə imzalanacağını yazıb.
Bu mövsüm klubunda 25 oyuna çıxan Abenin 2 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qaldığını vurğulayaq.
Fanat.Az