Bu gün Çempionlar Liqasında I təsnifat mərhələsinin cavab oyunlarına start veriləcək.
Fanat.Az xəbər verir ki, ilk oyun günündə 6 görüş keçiriləcək. Bu gün "Saburtalo" "Şerif"i qəbul edəcək. Səfər matçında 3:0 hesabı ilə qalib gələn Gürcüstan klubu üstünlüyünü qorumağa çalışacaq. "Qarabağ" ÇL-də Albaniyanın "Partizani” klubunu mübarizədən kənarlşadırmağı bacarmasa, Avroliqanın 2-ci təsnifat mərhələsində "Saburtalo” - "Şerif” cütününün məğlubu ilə qarşılaşacaq.
Qeyd edək ki, "Qarabağ" - "Partizani" və digər 10 görüş sabah keçiriləcək.
Çempionlar Liqası
I təsnifat mərhələsi
Cavab oyunları
16 iyul
19:00 Şkendiya (Makedoniya) - Kalyu (Estoniya)
İlk oyun - 1:0
21:30 Saburtalo (Gürcüstan) - Şerif (Moldova)
İlk oyun - 3:0
22:00 HB Torshavn (Farer adaları) - HİK (Finlandiya)
İlk oyun - 0:3
22:00 Valletta (Malta) - Düdelanj (Lüksemburq)
İlk oyun - 2:2
22:45 Ferronikeli (Kosovo) - TNS (Uels)
İlk oyun - 2:2
22:45 Srvena Zvezda (Serbiya) - Suduva (Litva)
İlk oyun - 0:0
Fanat.Az