Frenki de Yonqun "Barselona"da neçə nömrəli formanı geyinəcəyi məlum olub.
De Yonq yeni klubunda 21 nömrəli forma altında çıxış edəcək. Daha əvvəl Karles Alenya 21-dən istifadə edirdi. Yeni mövsümdən etibarən o, 19 nömrəyə üstünlük verəcək.
"Barselona" iyulun 1-də hollandiyalı futbolçunun transferini açıqlamışdı. De Yonqun keçidi katalon klubuna 75 milyon avroya başa gəlib. Həmçinin əlavə 11 milyon avro dəyərində bonuslar da nəzərdə tutulub.
Fanat.az