Kamerun millisinin və "Ayaks"ın qapıçısı Andre Onana millinin toplanışına gedərkən avtomobil qəzasına düşüb.
Fanat.Az xəbər verir ki, bu barədə CFOOT jurnalı məlumat yayıb.
Mənbə bildirir ki, iki avtomobilin toqquşmasına baxmayaraq, futbolçu xəsarət almayıb. Digər itkilər barədə məlumat verilmir.
Qeyd edək ki, Kamerun millisi DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində martın 25-i və 29-da Əlcəzair yığması ilə qarşılaşacaq.
Röya