Avropa Liqasının II təsnifat mərhələsinin Çempionlar Yolunda bütün cütlər müəyyənləşib.
Fanat.Az xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirinin ilkin və I təsnifat mərhələlərində uduzan 19 komandadan 18-i bu raundda mübarizə aparacaq.
Onlar 9 cütlük təşkil edib. Çempionlar Liqasının I təsnifat mərhələsində uduzan "Sarayevo” isə birbaşa Avropa Liqasının III təsnifat mərhələsinə adlayıb. "Qarabağ"a uduzan Albaniyanın "Partizani" Moldova "Şerif"i ilə qarşılaşacaq.
Qeyd edək ki, Avropa Liqasında II təsnifat mərhələsinin oyunları iyulun 25-də və avqustun 1-də baş tutacaq.
Avropa Liqası
I təsnifat mərhələsi
Çempionlar Yolu
"Tre Penne" (San-Marino) - "Suduva" (Litva)
"Pyast" (Polşa) - "Riqa" (Latviya)
"Partizani" (Albaniya) - "Şerif" (Moldova)
"Ararat" (Ermənistan) - "Linkoln” (Cəbəllütariq)
"Valyur" (İslandiya) - "Lüdoqorets" (Bolqarıstan)
"Slovan" (Slovakiya) – "Ferronikeli” (Kosovo)
"Santa Koloma” (Andorra) - "Astana" (Qazaxıstan)
"HB Torshavn" (Farer adaları) - "Linfild" (Şimali İrlandiya)
"Şkendiya" (Makedoniya) - "Düdelanj" (Lüksemburq)
Fanat.Az