PSJ-dən ayrılmaq istəyən Neymara təklif var.
Fanat.Az xəbər verir ki, "Barselona"ya keçidi baş tutmayan, "Real" da maraq dairəsində olduğu deyilən braziliyalını "Yuventus" heyətinə qatmaq üçün hərəkətə keçib.
"Rai Sport"un məlumatına görə, Turin klubunun Fabio Paratisi Neymarın atası ilə görüşməyə hazırlaşır. İtaliyada baş tutacaq görüşdə klub rəsmisi futbolçunun şərtlərini öyrənəcək və bundan sonra rəsmi təkliflə PSJ-yə müraciət edəcək.
Fanat.Az