UEFA Belçikanın "Mexelen” klubunu cəzalandırıb.
Fanat.Az xəbər verir ki, ölkə kubokunun qalibi danışılmış oyunlarda günahlandırılıb və Avropa Liqasından kənarlaşdırlıb. "Mexelen” turnirdə mübarizəyə qrup mərhələsindən başlamalı idi.
Bu səbəbdən Avropa Liqasındakı Belçika təmsilçilərinin siyahısında dəyişiklik edilib. Belə ki, mübarizəyə III təsnifat mərhələsindən başlamalı olan "Standart” birbaşa qrupa vəsiqə qazanıb. "Antverpen”ə mübarizəyə II deyil, III təsnifat mərhələsindən qoşulmaq hüququ verilib. Avrokuboklara vəsiqə qazanmayan "Gent” isə II təsnifat mərhələsinə bilet əldə edib.
Fanat.Az