"Lill"in futbolçusu Nikolas Pepeyə təklif var.
Fanat.Az xəbər verir ki, bu barədə klubun prezidenti Cerard Lopes məlumat verib.
"Tuttosport"a danışan klub rəhbəri "Napoli" Pepe üçün bizə 80 milyon avro təklif etdi. Futbolçumuzu 4 klub istəyir və hansında oynayacağına özü qərar verəcək. Pepenn gələn həftənin ortasına qədər yekun qərarını verəcəyini düşünürəm" deyib.
Qeyd edək ki, Pepeni "Napoli"dən başqa "İnter", "Liverpul" və "Arsenal" istəyir.
Fanat.Az