Məşhur braziliyalı veteran futbolçu Ronaldinyonun Braziliyadan çıxışına qadağa qoyulub.
Fanat.Az xəbər verir ki, buna səbəb onun 2,3 milyon avro dəyərində cəriməno ödəməməsi olub. Belə ki, Ronaldinyo Portu-Aleqri şəhərində daşınmaz əmlakın inşası zamanı ekologiyaya zərərə görə cərimə edilib. Sabiq futbolçunun ölkədən çıxışına qadağa qoymaqla yanaşı, 57 daşınmaz obyektinə də həbs qoyulub.
Fanat.Az