"Milan" heyətinə yeni futbolçu qatıb.
Fanat.Az xəbər verir ki, İtaliya klubu "Lill"dən Rafael Leaonu transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
20 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalanıb. Transferin detalları açıqlanmasa da, bu keçidin Milan təmsilçisinə 35 milyon avroya başa gəldiyi bildirilir.
Qeyd edək ki, Rafael Leao 2018-ci ildən "Lill"də çıxış edib. Portuqaliyalı oyunçu ötən mövsüm çempionatda 24 oyunda iştirak edib və 8 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Fanat.Az