Rusiyada yaşayan azərbaycanlı blogger Sübhan Məmmədov "Neftçi"nin "Arsenal" üzərində qələbəsinə pul qoyuluşu edib.
Fanat.Az xəbər verir ki, "Instagram"da 3 milyondan çox izləyicisi olan blogger görüşə 1 milyon rubl (26 min 400 manat) qoyub. Nəticədə ümumi məbləğ 2 milyon 800 min rubl (73 min 920 manat) olub. Sübhan Məmmədov oyundan 1 milyon 800 min manat (47 min 500 manat) udub.
Qeyd edək ki, Avropa Liqasının II təsnifat mərhələsinin ilk matçında "Arsenal"ı səfərdə 1:0 hesabı ilə yenən "Neftçi" ötən axşam Bakıda baş tutan cavab matçında 3:0 hesablı qələbə qazanıb.
Fanat.Az