Almaniyanın Bundesliqa klublarından "Köln"də bir dövr başa çatır.
Fanat.Az xəbər verir ki, klubun rəsmi maskotu olan Hennes VIII adlı keçi təqaüdə çıxır. 12 yaşlı keçinin təqaüdə çıxmasının səbəbi yaşı ilə bağlı olan xəstəlikdi.
2018-ci ilin avqustundan klubun maskotu olan Hennes VIII "Köln"ün Bundesliqanın yeni mövsümündə keçirəcəyi ilk oyundan sonra təqaüdə buraxılacaq. Keçi bundan sonra Köln Zooparkında yaşayacaq.
Bununla bağlı danışan "Köln" rəsmilərindən Aleksander Vehrle "Onun stadionda acı çəkməsini istəmirik. Bu səbəbdən də mövsümün ilk oyunundan sonra təqaüdə çıxasının tərəfdarıyıq" deyib.
Artıq "Köln"ün yerinə gələcək keçi də bəllidi. Belə ki, "Köln"ün bundan sonrakı maskotu 2018-ci ilin fevralında Köln Zooparkında doğulan keçi olacaq. Ona rəsmi olaraq Hennes IX adı verilib.
Qeyd edək ki, "Köln"ün ilk maskotu 1950-ci ildə Hannes adlı keçi olub.
Fanat.Az